Mövzu: Aşağı ətrafların əzələ qüvvəsinin inkişaf etdirilməsi. Standartlar: Məqsəd: Qüvvə qabiliyyətinin inkişaf etdirilməsi. Dərsin vəzifələri: 1. Aşağı ətraf əzələlərinin qüvvəsini inkişaf etdirən hərəkətlər və oyunlar haqqında məlumat vermək; 2. Qüvvə istiqamətli oyunların təşkili və keçirilməsi; 3. Şagird fəaliyyətinin tənzimlənməsi və qiymətləndirilməsi. Fəndaxili inteqrasiya: İş forması: kollektiv, fərdi, qruplarla. İş üsulu: hərəki təfəkkürün formalaşdırılması, nümayiş etdirmək, təkrar. Resurslar: - Öz bədəninin çəkisi ilə təkrar, təkrar-seriyalı metodlarla fərdi və ya kollektiv yerinə yetirilən qüvvə hərəkətləri; - rəqibin müqaviməti, rezin amortizatorlarla, kiçik hantellərlə, təkrar icra edilən müqavimət hərəkətləri; - təkrar icra edilən qüvvə hərəkətləri daxil edilmiş oyunlar, estafetlər; - qüvvə «dayanacaqları» olan dairəvi hərəkətlər kompleksi. Zəruri avadanlıq və ləvazimatlar: fit, ruletka, təbaşir, bayraqcıq, gimnastika skamyası, qumla doldurulmuş torbalar, rezin amortizator, saniyəölçən.
Dərsin gedişi: Giriş hissə: 3-5 dəq. Bir cərgədə düzülüş, raport. Motivasiya, informasiya təminatı. Hazırlayıcı hissə: 8-10 dəq. Hərəki bacarıqlar:Sıra fəndləri, irəliləmələr: yeriş, qaçış, hoppanmalar. Seyrəlmə. Ümuminkişaf hərəkətləri 11.
Əsas hissə: 20-25 dəq. Hazırlayıcı hərəkətlər:
Əsas hərəkətlər:
Tamamlayıcı hissə: 5-10 dəq. Tənəffüs və bərpaedici hərəkətlər. Ümumiləşdirmə və qiymətləndirmə: Fərqlənənləri və qalib gələnləri təqdir edirəm. Öz müşahidələrim əsasında hər bir tələbənin mübarizlik və əzmkar fəaliyyətini qeyd edirəm.